25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:31

N.Lauda: “Fettel bu gedişlə Rəykköneni üstələyəcək”

N.Lauda: “Fettel bu gedişlə Rəykköneni üstələyəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 31 Mart, 2017

Formula1 üzrə 3 qat Dünya Çempionu Niki Lauda bildirib ki, Fettel Avstraliyadakı tempini davam etdirsə, Rəykkönenin almaniyalı sürücünü qabaqlaması çətinləşəcək.

F-1.az xatırladır ki, Fettel sıralanmada 2-ci, komanda yoldaşı Rəykkönen isə 4-cü yeri tutmuşdu. Finlandiyalı sürücü yarışda da 4 qat Dünya Çempionu ilə mübarizə apara bilməyərək finişdə  23 saniyə geri qalmışdı.

Niki Lauda: “Kimi üçün nəyin tərs getdiyini bilmirəm. Sebastyanın açdığı fərq çox önəmlidir. Normal halda ikisi də bir-birinə yaxın olardılar. Sebastyan bu qələbə ilə güclü temp tutsa, bütün komanda onun arxasında duracaq və belə olan halda, Kiminin işi çox çətin olacaq”.

Bəzi xəbərlərə görə Rəykkönen həm alkoqoldan istifadə edir, həm də siqaret çəkir. Buna görə də bolidi sürməkdə çətinlik çəkir. Lauda bu barədə də danışıb və bu iddiaya inanmadığını deyib: “Startda geridə qaldı. Onsuz da ona baxanda yorğun olmadığını görə bilərsiniz. Eynəkləri ilə oturanda ona baxın. Üzündə bir damcı da olsa, tər görməzsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 069
Teqlər , , , , ,
Paylaş

logo