N.Lauda: “Ferstappenin əsl gücü çempionluq mübarizəsində bilinəcək”

Sabiq Formula1 sürücüsü Niki Lauda bildirib ki, Ferstappenin ən yaxşı sürücülərdən biri olmaq üçün yaxşı potensialı var.

F-1.az Diario de İbiza-ya istinadən bildirir ki, Lauda Ferstappenin 70-ci illərdəki sürücülərlə müqayisəsini düzgün saymır: “Hant və digər sürücülərlə aramızda çətin mübarizələr olurdu, amma bir-birimizə çox təmas etməzdik. Bir-birimizə hörmət edirdik. İndi isə sürücülər təhlükə barədə düşünmürlər. Elə bilirlər ki, hər istədiklərini edə bilərlər. Maks Ferstappen uzun illərdən sonra idmana gələn ən istedadlı sürücülərdəndir. Yaxşı oğlandır, amma yarış vaxtı diqqətli olmalıdır. Yarış vaxtı rəqiblərilə çox təmas yaşayır. Təbii ki, hamısı onun səhvi deyil, amma bir az diqqətli olmalıdır. Əgər özünə nəzarət edə bilsə, yaxşı karyerası olacaq. Mən onu çempionluq mübarizəsində görmək istəyərəm. Çünki sürücülər üçün əsl imtahan onda başlayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*