15 Dekabr 2017, Cümə - 18:04

N.Lauda: “Ferrari öz üzərində işləməlidir”

N.Lauda: “Ferrari öz üzərində işləməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 10 Oktyabr, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Yaponiyada qazanılan qələbədən sonra Həmiltonun böyük üstünlük qazandığını deyib.

F-1.az xatırladır ki, Həmilton Yaponiya yarışında qalib gəldiyi halda, ən yaxın rəqibi Fettel mübarizəni 5-ci dövrədə dayandırıb. Beləliklə, iki sürücü arasındakı xal fərqi 59-a yüksəlib.

Niki Lauda: “Ferrari-nin başına gələnlər yarışda ola biləcək hadisələrdir. Onlar çox işləməlidirlər. Əgər bizdə olsaydı, bu problemi həll etməyə çalışardıq. İndi Lyuis böyük üstünlüyə sahibdir. O yarış boyunca çox üstün idi. Yarışın sonunda təkərlərin vibrasiyasından şikayətçi idi. Mühərrikdə problem yoxdur. Yaxın keçən mübarizəyə baxmayaraq, hər şeyi nəzarətdə saxladı. Asfalt və hava temperaturu artmışdı, lakin Lyuis bununla mübarizə apararaq, qalib gəldi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 350
Teqlər , , ,
Paylaş

logo