N.Lauda: “Braun heç vaxt Ekklstounu əvəz edə bilməz”

Bəzi komanda rəhbərləri bildiriblər ki, Ross Braunun Formula1-in rəhbəri Ekklstounu əvəz etməsi mümkün deyil.

F-1.az xatırladır ki, Ekklstoun Ross Braun üçün “o, FİA-da işləsə daha yaxşı olar” demişdi. Niki Lauda, Frants Tost, Bob Förnli də bu fikirlə razıdırlar…

Niki Lauda, Mercedes AMG komandasının qeyri-icraçı direktoru: “Ross mükəmməl mühəndisdir. Amma Berni Ekklstoun kimi istedadlı biznesmeni əvəz edə bilməz”.

Frants Tost, Toro Rosso komandasının rəhbəri: “Yer dəyişdirmə prosesi üçün vaxt lazımdır. Gələn il və ondan sonrakı il də Liberty Media Berni ilə işləyə bilər”.

Bob Förnli, Force İndia komandasının rəhbər köməkçisi: “F1-in əl dəyişdirmə prosesində Berninin köməyinə ehtiyacımız var”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*