23 Oktyabr 2017, Bazar ertəsi - 15:34

N.Lauda: “Bottas ikinci sürücü olmalıdır”

N.Lauda: “Bottas ikinci sürücü olmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

13:23 - 31 Avqust, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Lyuis Həmilton artıq 1 nömrəli sürücü olmalıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü hazırda çempionatın lideri Sebastyan Fetteldən 7 xal geridə qaldığı halda, Bottas almaniyalı sürücüdən 41 xal geridə qalır.

Niki Lauda: “Artıq xalları boş yerə itirmək olmaz. Mən 1984-cü ildə yarım xal fərqlə çempion olmuşdum və bilirəm ki, hər xal çox vacibdir. Vallteri Belçikada yaxşı həftəsonu keçirə bilmədi və Lyuis də qazandığı qələbə ilə iddiasını göstərdi. Hazırda Fettellə aralarında 7 xal fərq var. Əgər Həmilton Macarıstanda yerini Bottasa verməsəydi, fərq 4 xal olacaqdı. Mövsümdə 8 yarış qalıb. Lyuis və Sebastyan problem yaşamayıblar. Onsuz da belə olmağını istəmərəm. Kim güclüdürsə, o çempion olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 952
Teqlər , , ,
Paylaş

logo