N.Lauda: “Bottas Həmiltondan zəif deyil”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Bottas komanda yoldaşı Həmiltondan zəif sürücü deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün birinci hissəsində mükəmməl performans göstərsə də, ikinci hissədə Həmiltonun performansına cavab verə bilməyib.

Niki Lauda: “Valtteri mükəmməl sürücüdür. Hamı əvvəlcə onu Niko ilə müqayisə etmək istədi. Hər şeyə öyrəşmək vaxt aparır, amma Valtterinin indiyə kimi göstərdiyi performans çox yaxşı idi. Lyuislə araları yaxşıdır. Səhər yeməklərini də bir yeyirlər. Bu, komanda üçün yaxşı haldır.

Valtteri Lyuisdən yavaş deyil. Bəzən Lyuisi keçdi və yarışlar qazandı. Onlar tamamilə fərqli insanlardır və bir-birinə hörmət edirlər. Niko və Lyuisin münasibətləri isə tam fərqli idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*