15 Dekabr 2017, Cümə - 21:55

N.Lauda: “Alonso ən yaxşı sürücüdür, amma…”

N.Lauda: “Alonso ən yaxşı sürücüdür, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

14:15 - 02 May, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Fernando Alonso 2018-ci ildə almanların heyətində yarışmayacaq və ispaniyalı sürücünün karyerası ilə bağlı qərarları tənqid edib.

F-1.az xatırladır ki, 35 yaşlı sürücü 2015-ci ildə McLaren komandasına transfer olunduqdan sonra heç podiuma beləyüksələ bilməyib və ən yaxşı nəticəsi beşincilikdir.

Alonso bu il çıxdığı 4 yarışda da finişə çata bilməyib və bəzi şayiələrə görə, həm Mercedes, həm də Ferrari təcrübəli sürücünün xidmətində maraqlıdır.

Niki Lauda: “Ayrıldığı komandalarla çox problem yaşadı. İnanmıram ki, Ferrari onu transfer etmək istəsin. Nəticədə müqaviləsi bitmədən oradan ayrıldı. Eyni şey bizimlə də (McLaren Mercedes) oldu.

Hazırda öz işinin öhdəsindən gələ bilən iki sürücümüz var. Həmilton və Bottas ilə uğurlar qazanacağımız təqdirdə başqa bir sürücü axtarmaq fikrimiz yoxdur.

Alonso sürətlidir, aqressivdir və böyük ehtimalla ən güclü sürücüdür. Amma bəzi sürücülər səhv qərarlarına görə ən güclü olduqlarını isbat edə bilmirlər. Alonso da çox səhv elədi. Ferrari-dən çox tez ayrılaraq, McLaren-ə getməyə qərar verdi. Amma Honda-nın mühərriklə bağlı problemlərini hamı bilirdi. İndi məyusdur, lakin McLaren qərarı ona aid idi.

Belə görünür ki, çox darıxır və artıq yeni mübarizəyə ehtiyacı var. Buna görə də İndy500-ə gedir. McLaren komandası üçün ən vacib və böyük ehtimalla ən yaxşı nəticə qazana biləcəyi yarışda çıxış etməməsi çox çətin qərardır. Amma bir sürücü kimi bunu başa düşürəm. Alonso üçün ən yaxşı qərardır, çünki burada edə bilməyəcəyi şeylərin həzzini orada çıxara bilər. Orada nə edəcəyi mənə çox maraqlıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 087
Teqlər , , , , ,
Paylaş

logo