N.Hülkenberq yerini qoruduğu üçün sevinclidir

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, pullu sürücülərin olduğu dövrdə idmanda qaldığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, Hülkenberq Formula1-də 8-ci mövsümünü keçirtsə də, hələ podiuma yüksələ bilməyib.

Niko Hülkenberq: “Burada olmaq uğurdur. Amma bir az da darıxdırıcı görünür. Daha yaxşı nəticələr qazanmaq istəyirəm. Amma doğru zamanda doğru maşında olmalısınız. Buna görə də buradayam və karyeram bitməyib. Renault kimi komandada yarışıram və birlikdə üzərində işlədiyimiz hədəflər var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*