N.Hülkenberq: “Yeni bolidimiz sürətli olacaq”

Force İndia komandasının almaniyalı sürücüsü Niko Hülkenberq inanır ki, yeni mövsümə tam hazır bolidlə başlasalar, yaxşı nəticələr qazana bilərlər...

F-1.az xatırladır ki, Force İndia komandası keçən ilin Britaniya QP-də bolidlərinin yeni modelini təqdim etmişdilər. Bu model çox uğurlu oldu və Hindistan təmsilçisi mühəndislər çempionatında 5-ci yeri tutdu. Bu isə Force İndia komandasının Formula1-dəki ən yaxşı nəticəsi idi.

Hülkenberq müsahibə zamanı bildirib ki, yeni modelin üzərindəki dəyişikliklər hesabına komanda bu il də uğurlu nəticələr qazanacaq: “Fərqli traslara, fərqli təkər dəstlərinə baxmayaraq, yeni model ilə mövsümün ikinci yarısında yaxşı nəticələr əldə etdik və çoxlu xal yığdıq.

İnkişaf etdirə biləcəyimiz paketimiz var və hazırda bunun üzərində işləməyə davam edirik. İlk yarışdan yaxşı nəticə almağımız bizim üçün çox vacibdir. Amma heç kim bilmir ki, ilk yarışda nələr ola bilər. Biz bolidin gücünü ya qış testlərində, ya da ilk yarışda biləcəyik.

Sözün açığı, hədəfimiz öndəki komandalarla fərqi bağlamaqdır, amma bu işlər istəməklə olmur. İşləmək və təcrübə qazanmaq lazımdır. Hazırda bunu edirik.

Bolidin təkmilləşdiriləsi yerləri çoxdur, biz hər yarış inkişaf edə bilərik. Ona görə də hər şeyi araşdırırıq və işləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*