N.Hülkenberq: “Yeddinci yer – ən yaxşı nəticədir”

Amerika QP-nin sıralanma turunda 7-ci olan Niko Hülkenberq bildirib ki, nəticə gözlədikləri kimi olub və bundan artığını etmək mümkün deyildi...

F-1.az xatırladır ki, Force İndia komandası Williams-la 4-cülük mübarizəsi aparır. Hülkenberq sıralanma turunda hər iki Williams sürücüsünü qabaqlayıb, Serxio Peres isə sonuncu sessiyaya qala bilməyib.

Sıralanma turundan sonra almaniyalı sürücü bunları deyib: “Bu gün öndəki komandalardan sonra ən yaxşı nəticəni qazandıq. Bu nəticəni gözləyirdik, amma daha yaxşısını edə bilməzdik. Hazırkı bolidimizlə öndəki komandalarla rəqabət edə bilmərik. Buna görə də 7-ci yer çox vacibdir. Digər komandalar arasında ən sürətli olmaq mükəmməldir. Ən vacibi də Williams-ları qabaqladıq.

Hava şəraiti tez-tez dəyişir, amma sakit bir yarış istəyirəm. Burada ilk döngəyə xətasız girmək çox önəmlidir. Daha sonra isə tempimiz olduğu üçün hər şey istədiyimiz kimi gedəcək. Tək istəyimiz odur ki, iki bolidlədə xal alaq və Williams-larla fərqi açaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*