22 Noyabr 2017, Çərşənbə - 07:38

N.Hülkenberq: “Yarışın içindəyik”

N.Hülkenberq: “Yarışın içindəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

06:07 - 14 İyun, 2017

Kanada yarışında 8-ci yeri tutan Niko Hülkenberq əməklərinin bəhrəsini gördükləri üçün xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monrealda yarışa 10-cu yerdən başlayıb, 11-ci dövrədə erkən pit-stop etsə də, mükəmməl templə gedərək, 8-ci yeri tutub.

Niko Hülkenberq: “Yarış bizim üçün əla keçdi. Bəzən sərt külək əsirdi və bolidi idarə etmək çətin olurdu. Amma mən yaxşı dövrələr vurdum və öndəki sürücülərin çətinliklərindən maksimum faydalanaraq gözəl xallar qazandım. Buraya gələndə necə çıxış edəcəyimizi bilmirdik. Orta qrupdakı rəqiblərimiz güclüdürlər. Lakin, biz də yarışın içində olduğumuzu göstərdik. Ümid edirəm ki, Bakıda da xal alaraq, 5-ci yer uğrunda mübarizəyə davam edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 793
Teqlər , , ,
Paylaş

logo