16 Dekabr 2017, Şənbə - 19:01

N.Hülkenberq yarışdan razı qalıb

N.Hülkenberq yarışdan razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 31 Oktyabr, 2016

Meksika yarışında 7-ci yeri tutan Niko Hülkenberq Rəykkönen ilə insidentə baxmayaraq, nəticədən razı qalıb.

F-1.az xatırladır ki, Hülkenberqlə Rəykkönen yarışın sonunda 6-cı yer uğrunda mübarizə apararkən, almaniyalı sürücü yerində fırlanmışdı.

Niko Hülkenberq: “Çox güc sərf etmədim. Şərtlər daha yaxşı olsaydı, daha yaxşı nəticə qazana bilərdim.
Mən daxili trayektoriyada idim və əlimdən gəldiyi qədər sərt müdafiə olunmağa çalışdım. Amma birdən üstümə sürdü və ondan sonra bolidi saxlamaq mümkün deyildi. Buna görə də yerimdə fırlandım.

Ən azından Meksikada 4-cü yerdəki mövqeyimizi bir az da möhkəmləndirdik”.

Xatırladaq ki, Meksika yarışından sonra Force İndia ilə Williams arasındakı fərq 9 xala yüksəlib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , ,
Paylaş

logo