N.Hülkenberq: “Williams-ı məğlub edə bilərik”

Niko Hülkenberq düşünür ki, Force İndia komandası 2016-cı ildə Williams komandasını keçə bilər...

F-1.az xatırladır ki, Force İndia komandası 2015-ci ilin ilk yarışlarında pis çıxış etsə də, mövsümün ikinci yarısında demək olar ki, hər yarış xal almışdılar və bəzən də podium uğrunda mübarizə aparmışdlar. Bunun nəticəsində hindistanlılar mövsümü 5-ci yerdə başa vurmuşdular ki, bu da komandanın tarixindəki ən böyük uğur sayılır.

Hindistan təmsilçisinin almaniyalı sürücüsü Niko Hülkenberq yeni mövsümlə bağlı fikirlərini bildirib: “Uğura acam və yeni mövsümü səbirsizliklə gözləyirəm. İstəyirəm ki, 2016-cı il bizim üçün yaxşı keçsin.

Keçənilki bolidimizin B versiyası yaxşı idi. Onun üzərinə əlavələr edə bilərik. Bunu etməmək üçün heç bir səbəb yoxdur.

Öz işimizə köklənməliyik və bizə verilən tapşırıqları doğru yerinə yetirməliyik. Belə etsək, keçənilki zəif tərəflərimizi düzəldə bilərik.

Əgər rəqiblərimiz barədə danışsaq, onu deyə bilərəm ki, Honda inkişaf edəcəyi halda McLaren bizim üçün çətin rəqib olacaq. Toro Rosso artıq Ferrari mühərriklərinə keçdi və onlar da güclü rəqib olacaq. Red Bull isə həmişə favorit olub.

Haas komandası da güclü olacaq. Əgər rəqiblərimizi yaxşı dəyərləndirsək, gələn mövsüm Williams-ı keçib, mövsümü 3-cü yerdə bağlaya bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*