21 Noyabr 2018, Çərşənbə - 22:22

N.Hülkenberq: “Sürücülər işçilərdən az yorulur”

N.Hülkenberq: “Sürücülər işçilərdən az yorulur”

Müəllif: Rauf Hacıyev, redaktor

10:13 - 12 Avqust, 2018

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komandadakı işçilər sürücülərdən çox yorulur.

F-1.az xatırladır ki, hazırda Formula1 təqvimində 21 yarış var və bu il tarixdə ilk dəfə ardıclıl 3 yarış olub. Komandalar mövsümünöncəsi testlərdən mövsümdən sonrakı testlərə qədər dayanmadan işləyirlər.

Niko Hülkenberq: “Tətil rejimindəyəm. Bu vaxt mövsüm ərzində etmədiyimiz şeylər edirik. Məsələn, dostlarımızla daha çox vaxt keçiririk və sevdiyimiz şeylərlə məşğul oluruq. İki həftə ərzində hər şeyi qapadıb sərbəst oluruq. Bu, gözəldir. Pilot kimi bolidin daxilində mübarizə aparsaq da, yarışların arasındakı fasilədə dincələ bilirik. Amma komandadakı işçilər hər gün çoxlu işləyirlər. Biz sürücülər daha rahatıq və tətilə daha çox işçilərin ehtiyacı var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 97
Teqlər ,
Paylaş

logo