16 Dekabr 2017, Şənbə - 19:05

N.Hülkenberq startda diqqətli olacaq

N.Hülkenberq startda diqqətli olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 30 Oktyabr, 2016

Niko Hülkenberq sıralanma turunda 5-ci yeri tutandan sonra özünü yaxşı hiss edir…

F-1.az xatırladır ki, almaniyalı sürücü Amerika yarışının sıralanma turunda 7-ci olsa da, yarışın startında insident yaşayaraq, mübarizəni dayandırmışdı.

Hülkenberq Meksikada da sıralanma turunda mükəmməl performans göstərməklə iki Ferrari-ni qabaqlayaraq, 5-ci olmuşdu. Almaniyalı sürücü sıralanma turu mübarizəsində komanda yoldaşı Peresi 10-9 hesabı ilə üstələyir.

Niko Hülkenberq: “Bolidim sıralanma turunda gücləndi. Doğrudan da çox güclü idi. Trasın yaxşılaşması mənə kömək etdi. Bəlkə də təkərləri daha yaxşı başa düşdüm. Ən yaxşı dövrəmi atdım. Bundan yaxşısını edə bilməzdim.

Sabah ilk döngədə insidentə qarışmamağa çalışacam. Diqqətli olmalıyam, amma bütün startlar fərqli olur. Keçən həftə mənim üçün yaxşı keçmədi. Bu həftə daha güclü olmağı ümid edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , , ,
Paylaş

logo