20 Noyabr 2017, Bazar ertəsi - 07:38

N.Hülkenberq: “Sıralanma turunda tempimizi qorumalıyıq”

N.Hülkenberq: “Sıralanma turunda tempimizi qorumalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

21:09 - 10 İyun, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, sonuncu sərbəst yürüşlərdə yaxşı iş görüblər və sıralanma turunda rəqabətədavamlı olmağa iddialıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada sonuncu sərbəst yürüşlərdə 7-ci yeri tutub.

Niko Hülkenberq: “Cümə günü bizim üçün standart idi. Lazım olan hər şeyi etdik və fərqli sazlanmaları yoxladıq. Təbii ki, sıralanma turunda bir neçə dəyişiklik edib, trasa hazır formada çıxmaq istəyirik. Bu gün əla iş gördük və 7-ci olduq. Sıralanma turunda da bunu təkrarlamaq istəyirik. Bu trası çox sevirəm və burada sürməkdən həzz alıram. Ümid edirəm ki, problem yaşamadan daha yaxşı işlər görərək, vacib xallar qazanarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 63
Teqlər , , ,
Paylaş

logo