18 Noyabr 2018, Bazar - 01:41

N.Hülkenberq Rusiyadakı ilk xallarını qazanmaq istəyir

N.Hülkenberq Rusiyadakı ilk xallarını qazanmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:36 - 29 Aprel, 2017

Rusiya Qran Prisinin sıralanma turunda əla iş görərək 8-ci olan Niko Hülkenberq bildirib ki, bundan yaxşı nəticə əldə etmək mümkünsüz idi.

F-1.az xatırladır ki, almaniyalı sürücü artıq 3 yarışdır ki, Renault-nu sıralanma turunun son sessiyasına çıxara bilir.

Niko Hülkenberq: “Bolidin hazırkı paketi ilə bundan yaxşı nəticə qazana bilməzdik. Buna görə də sıralanma turu bizim üçün əla keçdi. Bizim üçün çətinliklər yarışda başlayacaq. İlk 3 yarışda gördüyünüz kimi yarış tempində sıralanmadakı kimi sürətli ola bilmirik. Əlimdən gələni edərək, burada gözəl xallar qazanmağa çalışacam. Orta qrupda hamı bir-birinə çox yaxındır və buna görə də səhv etməməliyik”.

Xatırladaq ki, Hülkenberq Rusiyada keçirilən 3 yarışın heç birində xal qazana bilməyib. Görəsən, almaniyalı sürücü bu dəfə qara tilsimi qıra biləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 197
Teqlər , , ,
Paylaş

logo