N.Hülkenberq: “Rikkardo məni güldürdü”

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Daniel Rikkardo onun fikirlərinə hörmət etməlidir...

F-1.az xatırladır ki, Ferrari komandası halo sistemini test etdikdən sonra Hülkenberq sistemin bərbad göründiyini demişdi. Rikkardo isə cavabında bildirmişdi ki, Hülkenberq boş-boş danışır.

Almaniyalı sürücü bu gün Rikkardoya cavab verib: “Onun şərhləri məni güldürdü. Onun öz fikirləri var, mən də belə düşünürəm. O mənim fikirlərimə hörmət etməlidir.

Sonda nə olursa-olsun, bizim qərarımıza baxmayacaqlar. Mən fikrimdə qalıram. Görək sonda nə olacaq. Fərqli insanlar fərqli fikirdə ola bilərlər və bu çox normaldır”.

Niko Hülkenberq yeni sıralanma turu formatı barədə də danışıb: “Mövsümün başlanmasına 3 həftə var idi və heç bir söz-söhbət yox idi, amma birdən-birə qərar çıxartdılar və yeni sıralanma turunu qabağımıza qoydular.

Çox təəccüblü oldu. Birdən-birə gəldi. Ona görə də yeni sıralanma turu barədə düşüncələrimizin mənası yoxdur. Bu sıralanma turu formatı baş tutacaq və biz də yeni formatı başa düşməliyik.

İnanmıram ki, yeni format dünyanı dəyişdirsin. Trasa çıxıb, bolidimizi sürəcəyik və dövrələrimizi atacayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*