23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

N.Hülkenberq Renault-nun zəif yönlərini açıqlayıb

N.Hülkenberq Renault-nun zəif yönlərini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:04 - 23 Aprel, 2017

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komandası keçən ilə nisbətən inkişaf etsə də, bolidin çatışmayan cəhətləri çoxdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Renault komandasının heyətindəki ilk xallarını mövsümün 3-cü yarışı Bəhreyndə 9-cu yeri tutaraq qazanıb.

Niko Hülkenberq: “Hazırda işlər bizim üçün pis getmir. Hələ də istədiyimiz səviyyədə deyilik. 15-ci yerdə olanlar üçün işlər daha pis ola bilər, amma bu mənə maraqlı deyil. Tezliklə bolidimizi təkmilləşdirməli və hədəflərimizə çatmalıyıq. Bolidin yaxşı potensialı var. Bunu ortaya çıxarmaq üçün bazada gərgin rejimdə işləməliyik. Üzərində işlədiyimiz detallar var. Uğurlu yeniliklər etsək, Kanadadan sonra rəqabətədavamlı ola bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 240
Teqlər ,
Paylaş

logo