15 Dekabr 2017, Cümə - 23:49

N.Hülkenberq qara bəxtindən qurtulmaq istəyir

N.Hülkenberq qara bəxtindən qurtulmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 20 May, 2017

Force İndia komandasının sürücüsü Niko Hülkenberq əvvəllər yaxşı nəticələr qazandığı Monakoda yenidən sürəcəyi üçün həyəcanlı olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakoda 2014-cü ildə 5-ci, keçən il isə 6-cı yeri olmuşdu.

Niko Hülkenberq: “Monako təqvimdəki ən nüfuzlu və gözəl trasdır. Heç bir tras məni Monako qədər həyəcanlandırmır. Təbii ki, fiziki cəhətdən daha güclü olduğumuz yarışlar da var, amma buranı xüsusi edən trasdakı şəraitdir. Hər şeyə meydan oxuyaraq, divarlara maksimum dərəcədə yaxın gedirik. Sıralanma turunda riskə gedərək, ən yaxşı nəticəni əldə etməliyik. Bunun üstünlüyünü isə yarışda görəcəyik. Son yarışlarda sıralanma turunda güclü olsaq da, bazar günü bəxtimiz gətirmədi. Ümid edirəm ki, Monakoda hər şeyi xeyrimizə dəyişərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 446
Teqlər , , ,
Paylaş

logo