N.Hülkenberq: “Peres Ferrari-yə getmək üçün Force İndia-da qaldı”

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Serxio Peres Ferrari-yə transfer olunmaq üçün Force İndia-da qalıb...

F-1.az xatırladır ki, Peres 2017-ci il üçün Renault və Williams kimi komandalarla danışıqlar aparsa da, Force İndia komandası ilə birillik müqavilə bağlamışdı və gələn il də hindistanlıların heyətində çıxış edəcək.

Amma Hülkenberq ilin sonunda komandadan ayrılacaq və gələn ildən etibarən Renault komandasında çıxış edəcək. Xatırladaq ki, Renault almaniyalı sürücüdən əvvəl Peres ilə danışıqlar aparırdı. Amma meksikalı Ferrari-yə getmək istədiyi üçün bu transfer reallaşmadı.

Niko Hülkenberq: “Karyeramın bu nöqtəsində doğru bir addım atdım. Formula1-də həmişə zavod komandasında çıxış etmək istəyirdim və bu, mənim üçün əla fürsət idi.

Belə düşünürəm ki, Serxionun orada qalmasının bəzi səbəbləri var. Məncə, bir gün Ferrari-yə transfer olunmaq ümidi ilə orada qaldı. Amma mənim üçün digər güclü komandaların qapıları bağlı idi. Təklifi qəbul etdiyim üçün sevincliyəm. Gələcəkdə böyük uğurlar qazanacağıma inanıram”.

Hülkenberq Force İndia-nın gələcəyi ilə bağlı suallara cavab verib: “Onların gələcəyi ilə bağlı narahat deyiləm. Buraya gəldiyim gündən şayiələr çıxır, amma Vicey və komandası həmişə oradadır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*