21 İyul 2018, Şənbə - 21:40

N.Hülkenberq özünü kor kimi hiss etməyəcək

N.Hülkenberq özünü kor kimi hiss etməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

19:09 - 18 İyun, 2018

Renault komandasının sürücüsü Niko Hülkenberq növbəti Fransa yarışı üçün çox motivasiyalıdır.

F-1.az xatırladır ki, Pol Rikar trası 1990-cı ildən sonra, Fransa Qran Prisi isə Formula1 təqviminə 10 ildən sonra qayıdır.

Niko Hülkenberq: “Pol Rikar trasında yarışmaq üçün səbirsizlənirəm. Renault komandası 10 ildir ki, öz vətənində yarışmır. Trasda işləmək üçün əlavə motivasiyam olacaq. Komanda üzvləri üçün çox önəmlidir.

Bu trası çox yaxşı tanıyıram. Orada özümü kor hiss etməyəcəm. 2015-ci ildə 24 saatlıq Le Man marafonuna hazırlaşanda orada bir neçə dövrə vurmuşdum. Pol Rikar trası Monreala çox bənzəyir. Uzun düzlüklərə görə maksimum sürətə və gərgin əylənməyə ehtiyacınız var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 59
Teqlər ,
Paylaş

logo