N.Hülkenberq: “Monako Renault üçün əlverişlidir”

Renault komandasının sürücüsü Niko Hülkenberq düşünür ki, Monako trası Renault R.S.17 üçün əlverişlidir.

F-1.az xatırladır ki, Renault komandası son 3 yarışdan xalla ayrıla bilib.

Niko Hülkenberq: “Bu trasın bizim üçün əlverişli olmasını gözləyirik. Xüsusən də, Pirelli-nin buraya gətirəcəyi təkərlərlə rəqabətədavamlı ola bilərik. Keçən il burada əla iş görmüşdüm və bu il sürətlənən bolidlərlə çıxış etməyi səbirsizliklə gözləyirəm. Komanda olaraq gözəl xallar qazanmaq şansımız var. Bolidin içində özümüzü rahat hiss etsək, burada yaxşı nəticələr ala bilərik. Ən xırda diqqətsizlik yarışınızı sonlandıra bilər. Buna görə də bütün diqqətimizi toplamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*