N.Hülkenberq: “McLaren-ləri məğlub etməli idim”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, McLaren-ləri qabaqladığı üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapurda sıralanma turunda Fernando Alonso və Stoffel Vandornu qabaqlayaraq, 7-ci yeri tutub.

Niko Hülkenberq: “Bu fərqli mübarizə idi. McLaren-ləri məğlub etmək mənim üçün fərqli yarış idi. Etməli idim. Son sərbəst yürüşlərdə 7-ci olduqdan sonra çox qərarlı idim. Son cəhdimdə ikisini də qabaqlamaq həzz verdi. Tempimiz var. Hər şey yaxşı getsə, yarışdan yaxşı nəticə ilə qayıda bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*