14 Dekabr 2018, Cümə - 07:03

N.Hülkenberq Kanadada uğurlu seriyaya davam etmək istəyir

N.Hülkenberq Kanadada uğurlu seriyaya davam etmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

13:08 - 01 İyun, 2018

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Kanada yarışında da uğurlu seriyalarını davam etdirməlidirlər.

F-1.az xatırladır ki, fransalı komanda ilk 6 yarışın hamısından xalla ayrılmış 3 kollektivdən biridir.

Niko Hülkenberq: “Kanada sürətli traslardan biridir və burada doğru asfaltayatma qüvvəsini tapmaq vacib olacaq. Çox uzun düzlüklərdən sonra böyük əylənmələr var və burada təkərlərə böyük yük düşəcək. Çox yaxşı hazırlaşmalıyıq. Əyləclərə görə də çətin yarışlardan biri olacaq. Porebriklərə düzgün hücum edərək, limitləri sona qədər istifadə etməliyik. Asan yarış olmayacaq. Ötmə üçün də əlverişli tras deyil. Amma son sektordakı uzun düzlükdə DRS-lə şansımız olacaq. HyperSoft təkərlər bizə strategiya cəhətdən seçim şansı verəcək. Fərqli strategiyalar gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər , , ,
Paylaş

logo