N.Hülkenberq: “İnana bilmirəm”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, cümə sərbəst yürüşlərindəki nəticələrə baxıb həyəcanlanmaq olmaz.

F-1.az xatırladır ki, almaniyalı sürücü Meksikada cümə gününü 5-ci yerdə bağlayıb.

Niko Hülkenberq: “İnanmıram ki, Ferrari və Mercedes-i məğlub edə bilərik. Amma hazırkı vəziyyətə də inana bilmirəm. Çünki onlar həmişə bizdən çox öndə olurdular. Bu gün niyə bu qədər zəifdirlər bilmirəm. Sabah görək nə olacaq.

Bolidin balansı ideal olmasa da, nəticələr pis deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*