N.Hülkenberq Ferrari-Peres xəbərlərinə görə narahat deyil

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komanda yoldaşı Serxio Peresin Ferrari-yə keçidi ilə bağlı yayılan xəbərlər onu narahat etmir.

F-1.az xatırladır ki, Peres Force İndia ilə 3 mövsümdə 4 podium qazanıb, amma Hülkenberq karyerası ərzində podium üzü görməyib. Meksikalı sürücü göstərdiyi bu performansdan sonra Ferrari-nin diqqət mərkəzinə düşüb.

Jurnalistlər Hülkenberqdən Peres-Ferrari dedi-qodularının onu narahat edib-etmədiyini soruşublar: “Serxio hazırda yaxşı performans göstərir, ancaq bu mənə və mənim ətrafımdakı adamlara motivasıya verir. Bolidimizin güclü olması bizim üçün yaxşı xəbərdir. Komanda və mühəndislər daha yaxşı işlər görmək üçün problemləri həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*