N.Hülkenberq: “Ferrari məni təsirləndirdi”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, mövsümün ilk 4 yarışından sonra Ferrari komandasından təsirlənib.

F-1.az xatırladır ki, “qırmızılar” 10 ildir ki, sürücülər arasında, 9 ildir ki, komandalar arasında birinci ola bilmirlər. Amma italyanlar yeni mövsümə mükəmməl başlayaraq, ilk 4 yarışda iki qələbə qazanıblar. Ferrari hazırda Mühəndislər Kubokunda Mercedes-dən cəmi bir xal geridə qalır.

Niko Hülkenberq: “Ən yaxşı iki komandanın bir-birinə qarşı mübarizə aparmasının üstündən çox vaxt keçib. Bu mübarizə Formula1 üçün çox yaxşıdır. Mercedes uzun illərdir ki, stabil formada lider gedir, lakin Ferrari-dən çox təsirləndim. Bolidləri çox güclüdür və buna görə də onları seçərdim. Amma iki komandanın da yarış qazana biləcək gücləri var. Çempionun adını proqnozlaşdırmaq çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*