N.Hülkenberq: “Elə bildik problem həll olub”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, sıralanma turundakı problem əslində 3-cü sərbəst yürüşlərdə üzə çıxıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun ilk sessiyasında problem yaşayıb və buna görə də 16-cı olaraq mübarizəni dayandırıb.

Niko Hülkenberq: “Sonuncu sərbəst yürüşlərdə yanacaq sistemi ilə bağlı problem yaşadıq, amma uşaqlar çənə baxdılar və hər şeyi nəzərdən keçirdilər. Bunu həll etdiyimizi düşündük və problem gözləmirdik. Birdən ortaya çıxdı. Yanacaq kəsintisi yaşanırdı və birdən güc itirirdik. Mühərrik bir anlıq dayandığı üçün sürətlənmədə geri qalırdıq. Buna görə də vaxt itirirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*