17 İyul 2018, Çərşənbə axşamı - 19:29

N.Hülkenberq ehtiyatlı danışıb

N.Hülkenberq ehtiyatlı danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:52 - 25 Fevral, 2016

Niko Hülkenberq testlərin 3-cü gününü birinci yerdə bitirməsinə baxmayaraq, təmkinli danışıb…

F-1.az xəbər verir ki, Niko Hülkenberq super yumşaq təkərlərlə günün ən sürətli zaman dövrəsini atıb. Almaniyalı sürücü gün ərzində 99 dövrə vurub.

Hülkenberq testlərlə bağlı təəssüratlarını bildirib: “Əgər düzünü danışsaq, mövsüm indi elə də maraqlı deyil.

Bu gün çalışdıq ki, bütün paketi test edək. Rəqabətədavamlı görünürük. Bolidin potensialı da yaxşıdır.

Bolidlə bağlı hər şey yaxşıdır, amma ehtiyatı əldən buraxmamalıyıq.

Boliddəki ilk günüm ideal keçdi. Fərqli sazlamalar üzərində işlədik və həmişəki kimi əvvəldən bildiyimiz test proqramımız var idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər
Paylaş

logo