N.Hülkenberq Alonsodan çəkinmir

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Fernando Alonsonun Renault-ya keçmə ehtimalı ona təsir etmir.

F-1.az xatırladır ki, Fernando Alonsonun McLaren Honda ilə olan müqaviləsi ilin sonunda bitir və ispaniyalı sürücünün 17 yarış və 2 çempionluq qazandığı Renault-ya qayıtmaq ehtimalları var.

Niko Hülkenberq: “Sözün açığı, gələn illə bağlı çıxan transfer xəbərlərinə fikir vermirəm. Mən burada olduğum müddətdə əlimdən gələni edəcəm. Komanda yoldaşımın kim olmağından asılı olmayaraq. Renault ilə çoxillik müqavilə imzaladım və çox xoşbəxtəm. Böyük komandanı əvvəlki illərinə qaytarmağa çalışırıq. Bu həzz verir.

Son dövrlər Alonso və Kubitsanın adı komanda ilə hallanır. İkisi də mükəmməl sürücülərdir. Təbii ki son qərarı komanda verəcək. Buna görə də bu barədə danışmaq istəmirəm. Heç kimdən qorxmuram. Əlimdən gələnin ən yaxşısını edərək, komandaya faydalı olmağa çalışacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*