N.Heyden WSBK seriyasında ilk dəfə testlərə çıxıb

MotoGP seriyasından Dünya Superbike Çempionatına (WSBK) keçən Nik Heyden yeni yarışdığı seriyada ilk testlərə çıxıb...

F-1.az xatırladır ki, Niki Heyden MotoGP-də 13 mövsüm keçirib və 2006-cı ildə Dünya Çempionu titulunu qazanıb. 2015-ci ildə 13 illik MotoGP karyerasını bitirən amerikalı sürücü WSBK seriyasında Honda komandasına transfer olub.

Niki Heyden testlərin ikinci günündə qəza edib. Daha sonra isə trasın üzərini duman örtüb. Amma bütün bunlara baxmayaraq, 34 yaşlı sürücü 159 dövrə ata bilib və 4-cü pilləni tutub.

Testlər bitdikdən sonra amerikalı sürücü öz fikirlərini bildirib: “Mən deyə bilmərəm ki, biz mükəmməl gün keçirtdik. Trasda əmələ gələn dumana görə bir neçə saatımız boşa getdi. Bu itkini başqa test proqramında kompensasiya etməliyik.

Bəzi detalları test edə bilmədik. Test proqramını tam bitirə bilsəydik, mənim üçün də yaxşı olardı. Bütün bunlara baxmayaraq, biz əlimizdən gələni etdik.

Yarış tempində və sıralama təkərləri ilə dövrələr vurduq. Göstərdiyim zaman nəticələri pis deyil, amma inkişaf etməlliyik”.

Niki Heydenin komanda yoldaşı Maykl van der Mark sağ əlində problemlər yaşayıb. Buna baxmayaraq, o testlərdə 5-ci pilləni tutub və jurnalistlərə öz təəssüratlarını bildirib: “isti havaya görə təkər seçimində çətinlik çəkdik. Axırda yaxşı seçim edə bildik. Ondan sonra motosikleti yavaş-yavaş təkmilləşdirməyə başladıq.

Testlərin sonunda motosikletin arxa tərəfindən razı qaldım. İstədiyimiz yerə tutunma gücünü tapdıq.

Yarış təkərləri ilə nəticəmizi yarım saniyə yaxşılaşdırdıq, amma sıralama təkərləri ilə çox səhv etdiyim üçün nəticəm pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*