23 Noyabr 2017, Cümə axşamı - 22:33

Mumm brendi Formula1-dən gedir

Mumm brendi Formula1-dən gedir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:49 - 15 Yanvar, 2016

Formula1 çempionatını 15 il ərzində podiumda mükafatlandırma mərasimi üçün nəzərdə tutulan şampan şərabı ilə təchiz edən Pernod Ricard şirkəti qərara alıb ki, Mumm brendi çempionatı tərk edəcək, çünki çempionatın sahibi şirkətin təklif etdiyi 5 milyon avroluq sponsor dəstəyini kifayət qədər dəyərləndirməyib…

Mumm brendi Формуле E çempionatında qalacaq, Formula1-də isə onu Moët & Chandon brendi əvəz edəcək – bu rend 1999-cu ildən sonra çempionata qayıdır.

Pernod Ricard şirkətinin yaydığı rəsmi bəyanatda deyilir: “Biz öz keçmişimizlə fəxr edirik və son 15 ili Formula1-in rəsmi təchizatçısı rolunda keçirməkdən məmnunluq duyduq. Bu əməkdaşlığın sayəsində biz məşhurlaşdıq. Bizim məqsədimiz daim inkişaf etmək, sərhədləri genişləndirmək olduğu üçün, biz qərara aldıq ki, yeni imkanları öyrənək və Formula E çempionatı ilə əməkdaşlığa başlayaq.

Formula E tam yeni çempionat olduğu üçün bizim brendin fəlsəfi dəyərlərinə də uyğun gəlir və avtodimanın təbii inkişafıdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 495
Teqlər , , ,
Paylaş

logo