24 Noyabr 2017, Cümə - 11:44

M.Uitmarş: “Həmilton McLaren-ə sadiqdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:40 - 17 Aprel, 2009

McLaren komandasının başçısı Martin Uitmarş mətbuata bildirib ki, son həftələrin xoşagəlməz hadisələri komanda və Lyuis Həmilton arasındakı münasibətlərə təsir etməyib. […]

McLaren komandasının başçısı Martin Uitmarş mətbuata bildirib ki, son həftələrin xoşagəlməz hadisələri komanda və Lyuis Həmilton arasındakı münasibətlərə təsir etməyib. Melburnda baş verən və Sepanqda davam edən qalmaqaldan sonra mətbuat McLaren və Həmilton ailəsi arasında münasibətin pozulduğunu və ya əvvəlki istiliyin olmadığını yazırdı. Amma Uitmarş bununla razı deyil…

Martin Uitmarş: “Mən Lyuisdən Ron Dennisə qarşı olan münasibəti barədə soruşmamışam, amma düşünmürəm ki, vəziyyət qəzetlərdə yazıldığı kimidir. Mən bu dəqiqə Lyuisə danışdım ki, artıq Ron komanda ilə məşğul olmayacaq. Məncə, o Rona özünəmxsus bağlıdır, elə bizim hamımız kimi. Onun bu xəbərə reaksiyası Ronu Lyuis qədər çoxdan tanıyan normal bir insanın reaksiyası kimi oldu.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 79
Teqlər
Paylaş

logo