M.Uitmarş: “Aşkar lider roluna heç kim namizəd deyil”

McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, Avstraliya Qran Prisi ərəfəsində heç bir komandanı aşkar favorit hesab etmək olmaz. […]

McLaren komandasının başçısı Martin Uitmarş hesab edir ki, Avstraliya Qran Prisi ərəfəsində heç bir komandanı aşkar favorit hesab etmək olmaz.

Red Bull komandasının tam dominantlılığı şəraitində keçmiş keçənilki mövsümün fonunda builki mövsümöncəsi testlər aşkar lideri müəyyən etməyib – müxtəlif günlərdə protokollara müxtəlif sürücülər başçılıq ediblər…

Martin Uitmarş: “Pis xəbər belədir ki, biz lider kimi görünmürük, amma yaxşı xəbər də var – lider roluna aşkar namizəd də yoxdur. Biz tam rəqabətədavamlı kimi görünürük, maşın etibarlıdır, sürücülərin xoşuna gəlir və sürücülər nikbin kökləniblər.

Biz hər mövsümdən əvvəl bunu deyirik, amma çənlərdə yanacağın miqdarı, müxtəlif təkərlər və müxtəlif test proqramları komandaların sürətini dəqiq qiymətləndirməyə imkan vermir.

Hərçənd, yarışın imitasiyası və uzun dövrələr seriyası qüvvələr nisbətini təxmini müəyyən etməyə imkan verir və bu məlumatın təhlilinə əsaslanaraq, bizə elə gəlir ki, biz rəqabətədavamlıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*