19 Noyabr 2018, Bazar ertəsi - 00:47

Mühərrik reqlamenti yenilənməyəcək?

Mühərrik reqlamenti yenilənməyəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

10:17 - 25 Avqust, 2018

Formula1-in idman direktoru Ross Braun bildirib ki, 2021-ci illə bağlı mühərrik reqlamentindəki dəyişikliklər təxirə salına bilər.

F-1.az xatırladır ki, Liberty Media idmana daha gursəsli, daha ucuz və daha bəsit mühərrikləri gətirmək istəyir. Amma hazırkı istehsalçılar MGU-H ilə davam etmək istəyirlər və potensial istehsalçıların da idmana gəlmək marağı azalıb.

Ross Braun: “Yeni istehsalçıları idmana çəkmək və hazırkı komandaları qorumaq üçün yeni texniki reqlament hazırlamalıyıq. Bunun üçün isə doğru zamanı düşünməliyik. Bəs 2021-ci il bunu etmək üçün doğru zamandır? Biz elə işləməliyik ki, mövsüm ərzində yenilik sayı və müştəri komandalara eyni mühərriklərin verilməsi kimi proseslər təmin olunsun”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 91
Teqlər ,
Paylaş

logo