M.Uebber “Sinqapur və Abu Dabidə problem ola bilər”

Çempionatdakı vəziyyəti şərh edərkən Mark Uebber jurnalistlərə Red Bull maşınlarına uyğun gəlməyən traslardan və çempionatın liderindən geriqalmanı ləğv etməkdən danışıb… […]

Çempionatdakı vəziyyəti şərh edərkən Mark Uebber jurnalistlərə Red Bull maşınlarına uyğun gəlməyən traslardan və çempionatın liderindən geriqalmanı ləğv etməkdən danışıb…

Mark Uebber: “Titul uğrunda mübarizə hələ başa çatmayıb, amma geriqalmanı ləğv etmək çox çətin olacaq. Sinqapur və Abu Dabidə bizi Valensiyada olan problemlər gözləyə bilər. Əgər mövsümün sonu təqvimin ortasında olan traslarda keçsə idi, bizim şanslarımız daha böyük olardı, amma təqvimi nəzərə alsaq, bizi gərgin mübarizə gözləyir. Biz adətən maşınımıza uyğun gələn traslarda maksimum nəticə göstərə bilirik. Biz liderə titulun taleyi həll olunana qədər təzyiq göstərəcəyik.

Vəziyyət trasdan trasa dəyişir, maşınlar temperatura çox həssasdırlar və bundan daha çox Brawn GP əziyyət çəkir. Biz arxadan gəlirik və daha çox xal toplamalıyıq. Bizə stabillik və rəqiblərimizin uğursuzluqları lazımdır, amma Formula1-də mümkün olmayan heç nə yoxdur, biz bilirik ki, vəziyyət necə sürətlə dəyişə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*