20 Oktyabr 2018, Şənbə - 21:55

M.Uebber Red Bull-da qalır!

M.Uebber Red Bull-da qalır!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:35 - 12 İyul, 2012

Mark Uebber 2013-cü ildə də Red Bull-da çıxışını davam etdirəcək: komanda avstraliyalı sürücü ilə müqaviləsini uzatmasını təsdiq edib və bununla […]

Mark Uebber 2013-cü ildə də Red Bull-da çıxışını davam etdirəcək: komanda avstraliyalı sürücü ilə müqaviləsini uzatmasını təsdiq edib və bununla da onun Ferrari-yə keçməsi barədə şayiələrə son qoyub…

Mark Uebber: “Mən 2007-ci ildən Red Bull-da çıxış edirəm və həmin gündən komanda ilə birlikdə 9 qələbə qazanmışam. Mən öz qüvvəmə inanıram və yaxşı formadayam. Mən bu komandanı yaxşı tanıyıram , mənə burda çox rahatdır: biz bu illər ərzində bir yerdə böyümüşük və hiss edirəm ki, ən doğru qərar Red Bull-da daha bir mövsüm qalmaqdır.

Komanda yorulmadan çalışır ki, bütün sahələrdə inkişaf eləsin və biz artıq sübut etmişik ki, bir yerdə biz yarışlarda və çempionatda qalib gələ bilərik. Çox yaxşıdır ki, bu bəyanat keçən uik-end Silverstounda qələbədən sonra elan edilib və mən gələn mövsümdə də mübarizəni davam etdirməyə tam hazıram.”

Kristian Horner: “Mark mövsümün ilk 9 yarışını əla keçirib və onun nəticələri yaxşı təəssürat yaradır. Mark Formula1-də bütün uğurlarını bizim komanda ilə qazanıb: birlikdə biz 10 poul, 9 qələbə və 31 podium qazanmışıq. Hər iki tərəf əməkdaşlığı davam etdirməyə çalışdığı üçün bizim münasibətlərin uzadılması tam məntiqi qərardır, ona görə də biz məmnuniyyətlə təsdiq edirik: Mark bizim komandada 2013-cü ildə də çıxış edəcək!”


M.Uebber Red Bull-da qalır!

M.Uebber Red Bull-da qalır!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:41 - 10 İyun, 2010

Mark Uebber Red Bull komandasının heyətində ən azı 2011-ci ilin sonunadək çıxış edəcək – bu gün səhər komanda bəyanat yayıb. […]

Mark Uebber Red Bull komandasının heyətində ən azı 2011-ci ilin sonunadək çıxış edəcək – bu gün səhər komanda bəyanat yayıb. Avstraliyalı sürücü üçün cari müqavilənin uzadılması əla çıxışların nəticəsi olub – mövsümün ilk yeddi yarışında 33 yaşlı sürücü dörd poul və iki qələbə qazanıb. Daha bir qələbəni Mark komanda yoldaşı ilə toqquşmadan sonra Türkiyə Qran Prisində əldən verib, amma buna baxmayaraq, Mark çempionata liderliyi saxlayıb.

Mark Uebber: “Red Bull-da qalmaq qərarı mənə çox asan başa gəldi, biz hələ mövsümün əvvəlində bu mövzunu müzakirə etmişdik və İspaniya Qran Prisinə bütün sənədlər artıq hazır idi.

Əməkdaşlığın davam etdirilməsi qərarı qarşılıqlı oldu – hamıya məlumdur ki, karyeramın cari mərhələsində mən Formula1-də sadəcə qalamq istəmirəm, ona görə də ən güclü komandada daha bir qalmaq imkanına görə çox şadam.

Bütün komanda ilə münasibətim fantastikdir, Milton Kinsdəki bazada isə mən özümü evimdə hiss edirəm. Ortabab komandadan titula əsas namizdə olan komandaya kimi yol keçmiş bir komandanın bir hissəsi olmaz böyük şərəfdir və biz əsas məqsədimizə doğru addımlayırıq – çempionatda qələbə.”

Kristian Horner: “Markı komandada saxlamaq qərarı yekdilliklə qəbul olunmuşdu, o bizim komandanın vacib üzvüdür. Hazırda o əla formadadır və çempionatda liderlik edir. Komanda çox razıdır ki, Sebastyan və Mark cütlüyü üçüncü mövsümdə də ayrılmayacaq.”

Beləliklə, artıq əminliklə demək olar ki, Kimi Rəykkönen gələn il Formula1-ə qayıtmayacaq, həmçinin, Felipe Massa və Robert Kubitsa da komandalarını tərk etməyəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər
Paylaş

logo