M.Uebber müqaviləsini uzadıb

Red Bull komandası Mark Uebberin ad günündə rəsmi bəyanat yayıb ki, avstraliyalı sürücü gələn mövsümdə də komandada qalacaq… Mark Uebber: […]

Red Bull komandası Mark Uebberin ad günündə rəsmi bəyanat yayıb ki, avstraliyalı sürücü gələn mövsümdə də komandada qalacaq…

Mark Uebber: “Mən Formula1-də yüksək səviyyədə çıxış etmək istəyirəm, ona görə də mən qərar üzərində çox düşünmədim: mən Red Bull-da daha bir il qalacam. Mənim motivasiyam əvvəlkitək yüksəkdir və mən maksimum nəticə göstərməyə köklənmişəm.

Son 5 ildə biz gərgin işləmişik, sübüt etmişik ki, çempionatda qalib gələ bilən rəqabətədavamlı maşın hazırlaya bilərik. Mən 2012-ci ilin hər bir yarışında qələbə uğrunda mübarizə aparmağa hazıram.”

Kristian Horner: “Biz əməkdaşlığı davam etdirmək üzrə danışıqlara başlayanda, aydın idi ki, həm Mark, həm də komanda müqaviləsini uzatmaq istəyirlər, ona görə də biz tezliklə razılaşdıq.

Mark komandanı əla tanıyır, 2007-ci ildən komandadadır və onun motivasiyası, fiziki hazırlığı və işə sadiqliyi əvvəlki kimidir. Mark Uebber və Sebastyan Fettel çox güclü sürücüdürlər, onlar daim bir-birlərini ruhlandırırlar və biz çox razıyıq ki, bu duet dörd ildir ki, dəyişməz qalır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*