M.Uebber mövsümə qələbə ilə başlamaq istəyir

Bu günlərdə Mark Uebber Tasmaniya adasındadır və burada ənənəvi Mark Webber Challenge yarışlarına start verib. Reuters agentliyinə müsahibəsində 34 yaşlı […]

Bu günlərdə Mark Uebber Tasmaniya adasındadır və burada ənənəvi Mark Webber Challenge yarışlarına start verib. Reuters agentliyinə müsahibəsində 34 yaşlı sürücü bildirib ki, qarşıdakı Avstraliya Qran Prisində podiumun yüksək zirvəsinə qalxmaq üçün karyerasının ən yaxşı şansını alacaq…

Mark Uebber: “Nəhayət, mövsümü başlamaq vaxtı yetişib, tezliklə aprel gələcək, biz yanvar ayından gərgin işləyirik, amma hələ də yarışlarda bir dövrə belə vurmamışıq.

Söz-söhbətdən yorulmuşam, mən starta çıxmağa tam hazıram. Tezliklə starta çıxmaq, rəqiblərlə yarışmaq və kimin nəyə qadir olmasını başa düşmək lazımdır.

Keçən mövsüm Red Bull üçün çox uğurlu alındı, ona görə də bu il hamı bizə çatmağa çalışacaq. Sözsüz ki, Ferrari, McLaren, Mercedes GP, Lotus Renault GP – bunlar hamısı güclü komandalardır, hamısı da bizi birinci yerdən sıxışdırmağa çalışacaq.”

Hələlik Uebberin Melburnda ən yaxşı nəticəsi 5-ci yerdir – özü də bu nəticəni sürücü iki dəfə göstərib: debüt 2002-ci və 2005-ci illərdə. Markın sözlərinə görə, bu dəfə ev trasında qalib gəlmək şansı karyerasında birinci dəfə yüksədkir…

Mark Uebber: “Ümid edirəm ki, bu uik-end biz yüksək nəticə göstərə biləcəyik, ümumiyyətlə, mövsümün startı uğurlu olmalıdır. Şəxsən mən istəyirəm ki, hər şey maksimum rahat keçsin, qalan sürücülər isə özlərini düşünsünlər.

İnsan həmişə inkişafa çalışır və mən Monako və Britaniya Qran Prilərində qazandığım qələbələrə Melburndakı qələbəmi də əlavə etmək istəyirəm. Aydındır ki, Avstraliya Qran Prisi mənim üçün çox vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*