M.Uebber: “Mən sonuncu pit-stopda səhv etdim”

Avropa Qran Prisi Sebastyan Fettelin növbəti qələbəsi ilə başa çatıb. Onun komanda yoldaşı Mark Uebber isə pit-stopdakı səhv üzündən ikinci […]

Avropa Qran Prisi Sebastyan Fettelin növbəti qələbəsi ilə başa çatıb. Onun komanda yoldaşı Mark Uebber isə pit-stopdakı səhv üzündən ikinci yeri əldən verib – həmin ana qədər Mark bu yarışı karyerasının ən yaxşı yarışı hesab edirmiş…

Mark Uebber: “Düşünürəm ki, bu gün mən ikinci olmalıydım. Mən Fernando ilə mübarizədən razıyam – Fernando əla yarış keçirdi. Mən bu yarışı karyeramın ən yaxşı yarışı hesab edirdim, amma sonuncu pit-stopda səhvə yol verdim.

Mən bilirdim ki, Fernando məni yalnız pit-stopda keçə bilər, amma ağ təkərlərin boksdan çıxdıqdan sonra ilk dövrədə özünün necə aparmasını bilmirdim. Biz risk etdik. Yarışın sonunda isə ötürmələr qutusunda problemlər yarandı, yaxşı Lyuisdən çox uzaqlaşmışdım, ona görə də sadəcə sürətimi azaltdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*