25 Sentyabr 2017, Bazar ertəsi - 13:59

M.Uebber: “Mən daha gərgin mübarizə gözləyirdim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:36 - 18 Aprel, 2009

Maraqlıdır ki, keçən il yağışlı Monsada Sebastyan Fettel və Mark Uebber elə bu gün olduğu kimi birinci və üçüncü yerdən […]

Maraqlıdır ki, keçən il yağışlı Monsada Sebastyan Fettel və Mark Uebber elə bu gün olduğu kimi birinci və üçüncü yerdən start almışdılar və hər iki sürücü üçün bu ən yaxşı nəticə idi – alman sürücü üçün karyerasında, avstraliyalı sürücü üçün isə 2006-cı ilin Monako yarışından sonra. Çində Red Bull sürücüləri quru trasda uğur qazanıblar – Ədrian Nyuinin qurduğu qeyri-adi asılqan sliklərin potensialından effektiv istifadə edir və sürücülər bu üstünlüyü yaxşı nəticəyə çeviriblər. Sessiyanın nəticələrini çərh edərkən Uebber təəccübləndiyini bildirib – o rəqiblərdən daha gərgin mübarizə gözləyirmiş…

Mark Uebber: “Mən daha gərgin mübarizə gözləyirdim, amma biz işimizin öhdəsindən əla gəldik, ikinci sessiyada sürətli olduq – maşın sürətlidir və mən xoşbəxtəm.

Hər iki maşın ilk cərgələrdədir – əla göstəricidir, xüsusilə də qış testlərindən sonra xoşdur. Ayağımı sındırdıqdan sonra mənim nəticələrim yaxşı olmurdu, amam biz ciddi reabilitasiya kursu keçdik və indi mən bu uşağın (Fettelin) həyatını çətinləşdirmək istəyirəm. Hələlik hər şey alınır və pis də alınmır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 77
Teqlər
Paylaş

logo