M.Uebber karyerasını başa vurmağa hazırlaşmır

Mark Uebber əmindir ki, Formula1-də hələ bir neçə mövsüm keçirmək iqtidarındadır. Mark artıq vətəni Avstraliyaya gəlib, azarkeşlərlə görüşüb. Bu gün […]

Mark Uebber əmindir ki, Formula1-də hələ bir neçə mövsüm keçirmək iqtidarındadır. Mark artıq vətəni Avstraliyaya gəlib, azarkeşlərlə görüşüb. Bu gün Melburnun küçələrində təşkil olunmuş şouda çıxış edib…

Mark Uebber: “Mövsümün startından əvvəl, yanvarın sonunda mən məşq düşərgəsinə getmişdim. Bir gün velosipedlə böyük məsafə qət etdikdən sonra mən düşündüm ki, özümü əla hiss edirəm və hələ uzun müddət yarışlarda çıxışe də bilərəm. Mən yenə də qələbə qazanmaq istəyirəm – bu yaxşı hisslərdir. Məni səhv başa düşməyin: bu o demək deyil ki, mən əlavə motivasiya mənbəyi axtarmaq istəyirəm. Sadəcə keçən il uzun sürmüşdü.

Və mən əvəvlki kimi qələbə qazanmaq, yarışlarda iştirak etmək və bu cavanları qabaqlamaq istəyirəmsə, deməli, davam etmək lazımdır. Axı mənim rəqiblərim çox güclüdürlər, mən isə cavanlaşmıram. Amam Qran Prilərdə qələbə qazanmış sürücülərin sayı çox deyil. Otuz yaşıdan sonra qələbə qazananları sayı isə lap azdır. Sadəcə belə alındı ki, Sebastyan Fettel gənc dünya çempionu oldu.

Ona görə də, əgər mən Formula1-də qalmaq və yaxşı nəticələr göstərmək istəyirəmsə, mən düzgün qərar qəbul etməliyəm – bu nə qədər belə davam edəcək. Amma sual çətin sualdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*