Mübahisəli diffuzorlara qarşı protest verilib

Bu gün səhər FİA-nın texniki müfəttişliyi Brawn GP, Williams və Toyota komandalarının maşınlarındakı diffuzorların konstruksiyalarını qanuni hesab edib, amma buna […]

Bu gün səhər FİA-nın texniki müfəttişliyi Brawn GP, Williams və Toyota komandalarının maşınlarındakı diffuzorların konstruksiyalarını qanuni hesab edib, amma buna baxmayaraq, gözlənildiyi kimi, Ferrari, Renault və Red Bull Racing komandaları rəsmi protest elan ediblər. Federasiya BMW Sauber komandasının eyni mövzuda protestini geri qaytarıb, alman komandası zəruri sənədləri vaxtında rəsmiləşdirməyib.

Protestin məzmunu bundan ibarətdir ki, üç komanda texniki reqlmentdəki müəyyən aydınsızlıqlardan istifadə ediblər və onların maşınlarındakı diffuzorlar qaydalarda icazə verilən məhdudiyyətdən hündürdürlər. FİA-nın stüardları Williams, Toyota və Brawn GP komandalarının nümayəndlərini xüsusi iclasa çağırıblar və mübahisəli elementin probleminin müzakirəsi başlayıb. Gözlənildiyinə görə federasiya bu gün qərar qəbul etməlidir.

Amma stüardların qərarından asılı olmayaraq, istənilən halda məsələ Apelyasiya Məhkəməsində yaxın həftələrdə müzakirə olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*