23 Sentyabr 2017, Şənbə - 09:42

M.Tayssen: “Bərabər rəqabətə şərait yaratmaq lazımdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:15 - 14 Aprel, 2009

BMW Motorsport-un direktoru Mario Tayssen hesab edir ki, FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsinin ikili diffuzorlar barədə qəbul edəcəyi qərar Formula1 komandalarının […]

BMW Motorsport-un direktoru Mario Tayssen hesab edir ki, FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsinin ikili diffuzorlar barədə qəbul edəcəyi qərar Formula1 komandalarının hamısının bərabər rəqabət aparması üçün şərait yaratmasında vacib rol oynaya bilər. Parisdə keçiriləcək iclasdan əvvəl Tayssen bildirib ki, mübahisəli elementlərdən istifadə edilməsi maraqlı mövsümün startını bir qədər baxımsız edib…

Mario Tayssen: “Liderlər arasında biz yeni sürücülər və yeni komandalar görürük və bu yaxşı haldır. Yaxşıdır ki, adət etdiyimiz mənzərə hərdən dəyişir, amma mən istərdim ki, hamı eyni qaydalarla oynasın. Biz bərabər rəqabət üçün şərait yaratmalıyıq.

Formula1 maşını mürəkkəb idman avadanlığıdır və bu avadanlıqda həmişə “xam sahələr” tapmaq mümkündür, bu qaçılmazdır. Belə bir mürəkkəb avadanlığın bütün xüsusiyyətlərini sözlə ifadə etmək çox çətindir, amma bu gün yaşadığımız vəziyyət kimi çətinliklərlə üzləşəndə cəld reaksiya vermək, vəziyyətə nəzarəti əla almaq və ümumi razılığa gəlmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 72
Teqlər
Paylaş

logo