M.Şumaxerlə fizioterapevtlər intensiv işləyirlər

Mixael Şumaxer bir aya yaxındır ki, Qrenobl universitet hospitalında süni komadadır – xatırladaq ki, yeddiqat dünya çempionu Fransanın Alp ətəklərində […]

Mixael Şumaxer bir aya yaxındır ki, Qrenobl universitet hospitalında süni komadadır – xatırladaq ki, yeddiqat dünya çempionu Fransanın Alp ətəklərində xizəkdə yıxılaraq ağır kəllə-beyin zədəsi almışdı.

Sürücünün vəziyyəti haqqında yeni rəsmi xəbər yoxdur, amma Bild qəzetinin yazdığına görə, almaniyalı sürücünün intensiv malicəsi daim aparılır. Hər gün xüsusi proqramla fizioterapevtlər Mixaellə məşğul olurlar, onların vəzifəsi sürücünün orqanizminin dayaq-əzələ sistemini tonusda saxlamaqdır.

Hamburq Fövqəladə Hallar Tibbi İnstitunun professoru Haynspeter Moyke bildirib ki, “Süni komada olan xəstələrlə lap əvvəldən fizioterapevtlər işləyirlər, çünki əgər oynaq və əzələləri hər gün massaj etməsən, onlar oynaqlığını itirirlər…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*