M.Şumaxer mövsümün ilk yarışını TV-dən izləyəcək

Mixael Şumaxer bu il Avstraliya Qran Prisini televizordan izləyəcək. Yeddiqat dünya çempionu keçən il Formula1 karyerasını başa vurmaq qərarını qəbul […]

Mixael Şumaxer bu il Avstraliya Qran Prisini televizordan izləyəcək. Yeddiqat dünya çempionu keçən il Formula1 karyerasını başa vurmaq qərarını qəbul edib və deyəsən, bu qərardan təəssüflənmir, çünki ailəsinə və xobbilərinə kifayət qədər vaxt ayıra bilir. Amma eyni zamanda sevimli idman növü ilə bağlı xəbərləri də izləyir…

Şumaxer Almaniyanın Bild am Sonntag qəzetinə bildirib ki, “Mövsümöncəsi testlərin gedişində komandalardan heç biri aşkar üstünlük nümayiş etdirməyib, hərçənd, biz bilirik ki, testlər qüvvələr nisbəti barədə heç nə deyə bilməz.” Mixaelin fikrincə, mövsümün startı keçən il olduğu kimi xaotik alına bilər və yenə də Pirelli təkərləri buna əsas səbəbkar olacaq: “Keçən ilin ilk 7 yarışında bizim müxtəlif 7 qalibimiz var idi. Məncə, bu ənənə 2013-cü ildə də davam edə bilər.

Keçən il bizim Mercedes AMG komandamız mövsümün əvvəlini yaxşı keçirmişdi və əlbəttə, mən ümid eidrəm ki, testlərdə göstərdiyimiz ümidləri doğrulda biləcəyik.”

Mixael Şumaxer təsdiq edib ki, son ayları əla keçirib: “Yanvar ayından istədiyimi edirəm: ailəmlə çoxlu vaxt keçirirəm, müxtəlif işlərlə məşğul oluram. Mən azadam, heç bir öhdəliyim yoxdur və sadəcə həz alıram.”

Mixael həyat yoldaşı Korinnaya onun layihələrində də kömək edir, atçılıqla məşğul olur. Bild-in yazdığına görə, hələ aydın deyil ki, Şumaxer Mercedes brendinin səfiri vəzifəsini necə icra edəcək, amma almaniyalı sürücü bildirib ki, məhz nəyi etməyəcək: “Paddokda hansısa kanalın eksperti kimi gəzməyəcəm – bu mənlik deyil.”

Eyni zamanda, Almaniya mətbuatında xəbər yayılıb ki, gələn həftə Mixael köhnə xobbisinə qayıtmağ planlaşdırır və superbayk üzrə Almaniya çempionatına hazırlıq testlərində iştirak edəcək…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*