Britaniyanın SportsPro jurnalının ekspertlərinin fikrincə, Mixael Şumaherin Formula1-ə qayıtması xəbəri Avropa Qran Prisinə biletlərin satışını 20% artıra bilər, Valensiyadan birbaşa yayım zamanı qlobal teleauditoriyanın tamaşaçılarının sayı 10 milyonlarla arta bilər.
Əlbəttə, bu yarışın təşkilatçılarının xeyrinədir, İspaniyanın Valmor Sports şirkəti ilin əvvəlindən biletlərin az satılmasından gileylənirdilər, xüsusilə də Renault komandasının və yerli qəhrəman Fernando Alonsonun yarışdan kənarlaşdırılmasından sonra bilet satışının azalması gözlənilirdi…