M.Şumaherin meneceri şayiələri təkzib edib

Mixael Şumaherin meneceri Sabine Kem yeddiqat dünya çempionunun “Köln” futbol klubunun prezidenti vəzifəsinə marağının olması barədə gəzən şayiələri təkzib edib. […]

Mixael Şumaherin meneceri Sabine Kem yeddiqat dünya çempionunun “Köln” futbol klubunun prezidenti vəzifəsinə marağının olması barədə gəzən şayiələri təkzib edib.

Keçən həftə Mixaelin “Köln” komandasının milli çempionatda “Şalke” ilə oyunu zamanı fəxri qonaqlarla əyləşməsi belə şayiələrin yayılmasına səbəb olub – komanda yeni prezident axtarışındadır…

Sabine Kem: “Hamı bilir ki, Mixael çoxdan “Köln” komandasına azarkeşlik edir, amma bu o demək deyil ki, Mixael prezident olmaq istəyir. Hazırda onun fikri-zikri 100% Formula1-də Mercedes komandası ilədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*