M.Şumaher Xeres testlərini başa vurub

Mixael Şumaher Xeresdə Gp2 maşının üçgünlük testlərini başa vurub. Testlərin ilk günü alman sürücü builki mövsüm üçün hazırlanmış maşını yoxlayıb, […]

Mixael Şumaher Xeresdə Gp2 maşının üçgünlük testlərini başa vurub. Testlərin ilk günü alman sürücü builki mövsüm üçün hazırlanmış maşını yoxlayıb, sonrakı iki gün isə 2011-ci ilin maşınının yoxlanmasına həsr olunub. Əvvəlki iki gündən fərqli olaraq Xeresdə bu gün əlverişli hava şəraiti olub…

Bu gün Mixael 130 dövrə vurub, yəni 576 km məsafə qət edib, üç gün ərzində isə yeddiqat dünya çempionu 1151 km məsafə qət edib. Səhər Mixael yağış təkərlərlə 23 dövrə vurub, sonra isə sliklərə keçib – proqram üzrə üç iyirmi dövrəlik seriya vurub, günün ən yaxşı nəticəsi 1:24.621 olub…

Mixael Şumaher: “Bu gün böyük məsafə qət edə bildim, mən testlərdən razıyam – biz əla işlədik, nəzərdə tutduğumuz hər bir şeyi etdik. Mən özümü əla hiss edirəm, ilk andan sükan arxasında özümü rahat hiss edirdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*